Etibar Pirverdiyevin tələbə yoldaşı "vuruldu"
Tarix: 21-04-2015, 15:38 |
Çap et
"Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ləğv edilib.
Azərbaycanda enerji təchizatı sistemində daha bir struktur dəyişikliyi həyata keçirilib. "Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ləğv edilib.
Mia.az xəbər verir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev Lent.az-a açıqlamasında bildirib ki, həmin qurumun əvəzində Şimal Regional Enerji Təchizatı İdarəsi yaradılıb: "Həmin idarə Sumqayıt, Quba, Qusar, Şabran, Xızı, Xaçmaz və Siyəzən rayonlarının enerji təchizatını həyata keçirəcək”
"Azərişıq” rəsmisi onu da bildirib ki, artıq həmin idarəyə yeni rəis də təyin olunub: "Azərışıq”ın nizamnaməsi yaxın günlərdə təsdiq olunacaq” .
Strateq.az-ın xəbərinə görə, ləğv olunan "Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin rəhbəri Saleh Məmmədli "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevin tələbə yoldaşı və ən yaxın dostlarındandır.
Qeyd edək ki, bir müddət öncə "Azərişıq”ın 7 regional idarəsi yaradılıb. Rayon elektrik şəbəkələri də həmin regional idarələrin tabeliyinə verilib.