Röya Elnuru təhqir etdi - "O, "kişicik"dir"
Tarix: 21-04-2015, 15:36 |
Çap et
Müğənni Röya Ayxan “Əsl şou” verilişində həmkarı Elnur Məmmədovu təhqir edib.
Axşam.az-ın məlumatına görə, Röya ad çəkmədən onun ünvanına sərt sözlər deyib:
“Vaqif Gərayzadənin komandasındakı hər kəslə münasibətim var. Natavan Həbibi də mənim canımdır. Aramızda soyuqluq olsa da, ona söz deyənin cavabını verirəm. Yalnız bir nəfərdən zəhləm gedir. Ömrümün sonuna kimi ona nifrət edəcəm. O, “kişicikdir”. Ona inanmıram, çünki ikiüzlüdür. İkiüzlü adamları sevmirəm. Bu mövzunu uzatmayaq. Kişi ilə qadının münasibəti pozulmamalıdır. Şou-biznesdə iki insan var. O birisi bundan daha pisdir. O lap “kişicik"dir. Allah işlərini avand etsin, başından töksün”.
Qeyd edək ki, E.Məmmədovla Röya arasındakı qalmaqala “Dəniz” mahnısı səbəb olmuşdu.
E.Məmmədov Röyaya cavab verməyəcəyini, bunu özünə yaraşdırmadığını bildirib.