Bakıda “Hunday”a cinayət işi açıldı
Tarix: 21-04-2015, 15:16 | Çap et
Bakıda “Hunday”a cinayət işi açıldı
“Hyundai Badamdar” MMC-nin sabiq əməkdaşı Vüqar Musayevin qanunsuz hərəkətləri barədə cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Vertikal.az bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən DİA.AZ-a verilən məlumata görə, araşdırmalar zamanı V.Musayevin 10 aprel 2014-cü ildən 7 yanvar 2015-ci il tarixədək qeyd olunan şirkətin xəzinədarı vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə satışdan əldə edilən pulları kassaya mədaxildən yayındırmaq yolu ilə ona etibar edilmiş cəmiyyətə məxsus 91 min 200 manat məbləğində pul vəsaitlərini mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fatla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net