Ermənilər Tərtərə mərmi yağdırdı
Tarix: 21-04-2015, 13:25 |
Çap et
Bu gün səhər saatlarından başlayaraq ermənilər Tərtərin 300 metrliyində yerləşən mövqelərindən Qapanlı kəndini yüngül artilleriya silahlarından atəşə tutublar.
ANS PRESS-in verdiyi məlumata görə, kənd fasilələrlə təqribən yarım saat atəşə məruz qalıb. Atılan mərmilərdən ikisi kənd sakini İlqar Əsgərovun həyətyanı sahəsinə düşüb.
Gülləbaran zamanı bayıra çıxdığını deyən kənd sakini mərmilərdən birinin onun təqribən 8-9 metirliyində partladığını deyib.
"Səhər saat 7-də atışma başladı. Mən gəlib darvazadan çıxanda, mərmi həyətə düşdü. Qaz borusunu dağıtdı. İkinci mərmi də su çənini deşdi", - deyə İlqar Əsgərov vurğulayıb.
Sakinlərin verdiyi məlumata görə, kənd ərazisinə təribən 7-8 mərmi düşüb. Erməni silahlı birləşmələri yaşayış evləri ilə yanaşı kənd qəbristanlığını da atəşə məruz qoyub.
Partlayış nəticəsində qəbirlərə ziyan dəyib.
Ermənistanın təxribatının qarşısı Milli Ordunun əsgərləri tərəfindən alınıb.