İŞİD lideri Əbu Bəkr əl-Bağdadi Ukraynada axtarışa verilib
Tarix: 21-04-2015, 13:23 |
Çap et
İnterpolun Baş Katibliyi İraq Respublikasının vətəndaşı olan İbrahim Avad Əl-Bədri Əl Samarrini (Əbu Bəkr Əl Bağdadi – red.) Ukraynada axtarır. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Ukrayna DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, İbrahim Avvad İbrahim Əli əl-Bədri – 2003-cü ildən bəri müxtəlif adlarla (İraq İslam Dövləti, İraqda Əl-Qaidə, İŞİD və sair) tanınan terror təşkilatının lideridir.
ABŞ Dövlət Departamenti bu şəxsin həbsinə kömək edən, yaxud ölüsünü verənə 10 milyon dollar mükafat təyin edib.
Onu da xatırladaq ki, cari ilin fevralın 26-da «Əl-Ərəbiyyə» telekanalı İraqın Əl-Qaim şəhərinə aviazərbələr nəticəsində İŞİD-in bir neçə səhra komandirinin öldüyünü, onların arasında Əbu Bəkr Əl Bağdadinin ola biləcəyini açıqlamışdı.