“Ermənistanın və Gürcüstanın çirkab suları Kür və Araz çaylarına axıdılır” - AÇIQLAMA
Tarix: 21-04-2015, 13:04 | Çap et
“Ermənistanın və Gürcüstanın çirkab suları Kür və Araz çaylarına axıdılır” - AÇIQLAMA
“Azərbaycanın su ehtiyatlarının 70 faizindən çoxu Kür-Araz çaylarının hesabına ödənilir. Ancaq hər iki çay ölkə xaricində formalaşdığından yuxarı axında olan Ermənistan, Gürcüstan tərəfindən güclü çirklənməyə məruz qalır. Bunu çaylarda apardığımız operativ monitorinqlər deməyə əsas verir”.

Bu barədə Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Avazova bildirib.

Onun sözlərinə görə, hər 10 gündən bir su obyektlərində monitorinqlər aparılır, çaylardan kimyəvi analizlər götürülür, nəticələri təhlil olunaraq qiymətləndirilir, prezidentə, Milli Məclisə və icra orqanlarına bu barədə məlumat verilir:

“Araz çayı Kür çayının hövzəsinə daxildir, yəni yuxarı hissədə olmasa da, aşağı hissədə çaylar qovuşur. Çayın Gürcüstandan Azərbaycana keçən hissəsində apardığımız monitorinqlər göstərir ki, Kürün suyu çirklənəməyə məruz qalır. Çirklənmə səbəbləri sırasında üzvi çirkləndirici maddələr, biogenlər var. Bunlar sanitar normalardan dəfələrlə çoxdur. Çünki Gürcüstanın bütün kommunal və çirkab suları təmizlənmədən birbaşa su obyektinə axıdılır”.

Nazilrik rəsmisinin sözlərinə görə, Ermənistan həm aşağı, həm də Gürcüstan ərazisindən dolayı yolla su obyektlərinə müdaxilə edir:

“Ermənilərin dağ-mədən sənayesinin inkişaf etdiyi Ayrım rayonunun sənaye, məişət və çirkab suları Debet çayına axıdılır. Debet çayı Gürcüstanın daxili çayı olan Xram çayı vasitəsilə sərhədi keçib Kürə tökülür. Beləliklə, həm yuxarı axında, həm də aşağı axında çaylarımıza müdaxilə edilir.

Araz çayının çox sayda qolları var. Həkəri, Oxçuçay, Ravdançay axıntı ilə birlikdə çoxlu çirkab gətirir. Ravdançay birbaşa Yerevan şəhərinin içərisindən axır və tullantı sular onunla birlikdə Araza tökülür. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan həm yuxarı, həm də aşağı axında Kür və Arazın çirklənməsinə öz “töhvə”sin verir”.

Mütəxəssis onu da bildirib ki, axan suda problemin qarşısını almaq mümkün deyil:

“Buna baxmayaraq, qabaqlayıcı tədbirlər görürük. Hər iki çay üzərində yerləşən kəndlərimizdə əhali bu çaylardan içməli su kimi istifadə edir. Bildiyiniz kimi, 2006-cı ildən dövlət başçısının xüsusi sərəncamına əsasən, Kür-Araz çayları ətrafında yaşayan əhalinin təmiz, içməli su ilə təmin edilməsi həyata keçirilir. Elə həmin ildən də kəndlərdə 222 təmizləyici qurğu quraşdırılıb. Bunun sayəsində 600 minə yaxın kənd əhalisi təmiz su ilə təmin olunur”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Koreya Respublikasında keçirilən VII Dünya Su Forumunda iştirakı zamanı Kür və Araz çaylarının həddindən artıq çirklənməyə məruz qaldığını vurğulayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net