“Əhməd Davudoğlunun açıqlaması böyük bir xətadır”
Tarix: 21-04-2015, 12:59 | Çap et
“Əhməd Davudoğlunun açıqlaması böyük bir xətadır”
Türkiyə baş naziri Əhməd Davudoğlunun 1915-ci il olaylarında ölən ermənilərin nəvələrinə başsağlığı verməsi və bunun ardınca baş nazirin müəavini Bülənt Arınçın "bilərək, qəsdən və istəyərək soyqırım etməmişik” fikrini səsləndirməsi, Azərbaycanda cidid narahatlıqla qarşılanmaqdadır. Belə ki, sadə vətəndaşlardan tutmuş ictimai-siyasi xadimlərə qədər bir çox insan rəsmi Ankaranın bu yanaşmasını Türkiyənin qondarma erməni soyqırımı iddiasını dolayısı ilə qəbul etməsi kimi dəyərləndirir.
Bununla bağlı Moderator.az-a açıqlama verən tanınmış vətənpərvər ziyalı, publisist-yazar Mehriban Vəzir 1915-ci il olaylarına bu şəkildə yanaşmanın yanlış olduğunu vurğuladı:
“Əhməd Davudoğlunun açıqlaması böyük bir xətadır. Çünki 1915-ci il olaylarının mahiyyəti, türklər tərəfindən ermənilərə qarşı hər hansı soyqırımının həyata keçirilmədiyi həqiqəti hər kəsə məlumdur. Bu, araşdırılması hər kəsə açıq olan tarixi faktlardır. Bu baxımdan Türkiyənin 1915-ci il olayları ilə bağlı hər hansı məsuliyyəti yoxdur və ola da bilməz. Hesab edirəm ki, türkiyəli rəsmilərin verdiyi bu kimi açıqlamalar əsla doğru deyil və Türkiyənin suçlu görüntüsünü formalaşdırır. Proseslərin bu şəkildə gedişi isə Türkiyə və türk dünyasına yaxşı heç nə vəd etmir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net