Azərbaycanda ən çox uşaq bu rayonlarda doğulur - SİYAHI
Tarix: 21-04-2015, 12:40 |
Çap et
Azərbaycanda ötən il ən çox doğum səviyyəsi Qobustan rayonunda qeydə alınıb.
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2014-cü ilin yekunlarına görə ölkədə 170503 nəfər körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,1 faiz təşkil edib.
Komitədən qeyd ediblər ki, 2014-cü ildə doğum səviyyəsi Şamaxı (22,0), Yardımlı (22,3), Biləsuvar (23,0), Sabirabad (23,0), Cəlilabad (23,8) və Qobustan (24,8) rayonlarında daha yüksək olub.
Xankəndi (7,2), Naxçıvan (13,3) şəhər ərazi dairələrində, Abşeron (13,2), Şərur(13,5), Ordubad (13,3) və Şahbuz (14,8) rayonlarında doğum səviyyəsi aşağı olub.
Məlumat üçün bildirək ki, cari ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub.