Azərbaycanda 79 minə yaxın uşaqda xəstəlik aşkarlandı
Tarix: 21-04-2015, 12:22 | Çap et
Azərbaycanda 79 minə yaxın uşaqda xəstəlik aşkarlandı
Azərbaycanda bu ilin yanvar-mart ayları ərzində uşaqlar arasında həyata keçirilən icbari dispanserizasiya nəticəsində müayinə edilmiş 767229 uşağın 78797-də xəstəlik aşkarlanıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, xəstəliklər daha çox 6-13 yaş arasında olan uşaqlarda üzə çıxarılıb. Xəstəlik aşkarlanmış uşaqların 24573 nəfəri 0-5 yaşlı, 36981 nəfəri 6-13, 17243 nəfəri 14-17 yaşlı olub.

Bu il ümumilikdə 36935 uşaq dispanser qeydiyyatına götürülüb. Bu müddətdə 14403 uşaq sağalma ilə əlaqədar dispanser qeydiyyatından çıxarılıb, 5053 uşaq hospitalizasiya olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net