Rusiyadakı erməni lobbi təşkilatı “xarici agent” imiş...
Tarix: 21-04-2015, 11:47 | Çap et
Rusiyadakı erməni lobbi təşkilatı “xarici agent” imiş...
Moskva prokurorluğu yoxlamalardan sonra “Vətəndaş yardımı” xeyriyyə təşkilatının “xarici agent” olduğunu açıqlayıb.

APA-nın “Deutsche Welle” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.

““Qeyri-kommersiya təşkilatları haqqında” federal qanuna uyğun olaraq Ədliyyə Nazirliyi xarici agent funksiyasını yerinə yetirən qeyri-kommersiya təşkilatları reyestrinin siyahısına qaçqın və məcburi köçkünlərə yardım həyata keçirən “Vətəndaş yardımı” regional xeyriyyə təşkilatının adını da daxil edib”, - deyə açıqlamada deyilir.

“Vətəndaş yardımı” təşkilatının saytında göstərilir ki, təşkilat Azərbaycanda uydurma "erməni talanları"nın "qurban"larına yardım məqsədilə 1990-cı ildə bir qrup moskvalı tərəfindən yaradılıb. Onlar öz missiyalarını belə ifadə ediblər: “Biz miqrantlara kömək edirik. Biz onlara humanitar yardım göstəririk, onlara sosial dəstək almaq və özü hüquqlarını müdafiə etmək üçün köməklik göstəririk. Məsləhət veririk, müxtəlif instansiyalarda miqrantların maraqlarını müdafiə edirik, hakimiyyət və cəmiyyətin diqqətini onların problemlərinə çəkməyə çalışırıq”.

Təşkilat BMT Qaçqınlarla iş üzrə Ali Komissarlığından, Avropa Komissiyasının humanitar yardım üzrə bürosundan, Rusiya və xarici xeyriyyə fondlarından maliyyə yardım aldığın təkzib etmir.

Bununla belə təşkilat bu qərarla razılaşmır. “Təbii ki biz rayon məhkəməsinə şikayət verəcəyik. Məhkəmə prokurorluq və Ədliyyə Nazirliyini dəstəkləsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”, - deyə təşkilatların maraqlarını müdafiə edən vəkil Kiril Koroteyev bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net