Qəzənfər Ağayev Astara sahibkarlarını əməlli-başlı bezdirib
Tarix: 17-03-2015, 10:46 | Çap et
Qəzənfər Ağayev Astara sahibkarlarını əməlli-başlı bezdirib
Redaksiyamıza Astara rayonundan şikayət məktubu daxil olub. Vertikal.az-a yazan narazı vətəndaşlar bildirirlər ki, Astara rayon icra hakimiyyətinin (RİH) başçısı Qəzənfər Ağayev yerli sahibkarları rəsmən çilədən çıxarıb.

Narazı vətəndaşların yazdıqları müraciətdə deyilir: «Qəzənfər Ağayev Astara sahibkarlarını əməlli-başlı bezdirib. Müxtəlif bəhanələrlə pul yığımından bezmişik.

Hər bir rayonun sakinləri sevinirlər ki, prezident onların rayonlarına pul ayırır. Yəni bu o deməkdir ki, prezidentin ayırdığı dövlət vəsaiti hansısa xeyirli işə sərf ediləcək.

Amma Astarada vəziyət tamam fərqlidir. Prezident pul ayıranda yerli iş adamlarının qanı qaralır. Yəni bizdə belədir ki, əgər prezident Astaraya 2 milyon manat ayırırsa, deməli, icra başçısı həmin pulun tən yarısını yrli sahibkarlardan toplayacaq.

Topladığı pulun əvəzində prezidentin ayırdığı vəsaiti isə toplu halda cibinə qoyur».

Sakinlər yazırlar ki, bununla bağlı prezidentə müraciət edirlər: «Cənab prezident. Biz sizin Azərbaycan rayonlarına, bütünlükdə olaraq Azərbaycanın özünə diqqətinizi gözəl başa duşurük və Sizi dəstəkləyirik. Amma bilin ki, Astarada vəziyyət tamam fərqlidir. İcra başçısı bütün şəraitlərdə sahibkarlardan, yerli idarə və müəssisə rəhbərlərindən mügxtəlif bəhanələrlə pul toplamağı qarşısında başlıca məqsəd kimi qoyduğundan, sizin sərəncam və göstərişləriniz Atsarada əksinə olaraq həyata keçirilir.

Biz Astaradan olan sahibkarlar kimi Sizə müraciət edirik. Cənab prezident, bizi Qəzənfər Ağayevin zülmündən xilas edin»…

Qarşı tərəfin də münasibətini yaymağa hazırıq…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net