Nazim İbrahimov həbsdəki qaynını niyə qorumadı? - İDDİA
Tarix: 16-03-2015, 10:56 | Çap et
Nazim İbrahimov həbsdəki qaynını niyə qorumadı? - İDDİA
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri həbsdə olan qohumuna qahmar çıxmayıb.

Nazim İbrahimov dələduzluğa görə tutulan qaynı Məzahir Cəfərovun arxasından çəkilib.
Tia.az-ın özəl qaynaqdan əldə etdiyi xəbərdə bildirilir ki, İbrahimovlar ailəsində söhbət olub. Komitə sədrindən qaynını xilas etmək xahiş olunub.
Diaspora rəhbəri isə qaynının etdiyi əmələ görə cəzalandırılmasını istəyib. Məlumatda iddia edilir ki, N.İbrahimov qaynının dələduzluq etdiyi və pulları mənimsədiyi azmış kimi onun adının hallandırmasına görə qəzəblənib.
Xatırladaq ki, iki tikinti şirkətinin rəhbərinə cinayət işi açılıb. Baş prokurorluğun yaydığı məlumata görə, STS və “Sahil D Compani” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaq zamanı Məzahir Cəfərovun qeyd edilən şirkətlərin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib.
Rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, özgənin əmlakını ələ keçirmək məqsədilə, “Sahil-D Kompani” MMC tərəfindən paytaxtın Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və tam ödənişi aparılmış mənzilləri saxta sənədlər əsasında yenidən ayrı-ayrı şəxslərə satılıb.
Nəticədə 4 milyon 458 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatının istintaq dövründə ödətdirilməsi təmin edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net