Klintonun təyyarəsi havada xarab oldu
Tarix: 30-04-2015, 11:12 |
Çap et
ABŞ-ın keçmiş prezidenti Bill Klintonun içərisində olduğu təyyarənin mühərriki xarab olub. ANS PRESS-in CBS-ə istinadla verdiyi məlumata görə, insident Tanzaniya üzərində baş verib.
Keçmiş prezident bu ölkəyə ailəsi tərəfindən maliyyələşdirilən layihənin yoxlanması üçün gəlib.
Klinton ilə yanaşı 35 yaşlı qızı Çelsinin də içərisində olduğu təyyarə Tanzaniyada təcili eniş etməli olub.
Mühərriki dayanan təyyarə texniki baxışdan keçirilib və yenidən işlək vəziyyətə gətirilib. Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, Klinton fondu 2011-ci ildə yaradılıb və inkişaf etməkdə olan ölkələrdə qlobal problemlərin həllinə kömək edir.