Ana Sayfa > Siyasət > Düşmənin xeyli sayda atəş nöqtəsini, canlı qüvvəsini və dayaq məntəqəsini məhv edən igid əsgərimiz

Düşmənin xeyli sayda atəş nöqtəsini, canlı qüvvəsini və dayaq məntəqəsini məhv edən igid əsgərimiz


26-10-2020, 20:48. Yazar: admin
Düşmənin xeyli sayda atəş nöqtəsini, canlı qüvvəsini və dayaq məntəqəsini məhv edən igid əsgərimiz

Qəhrəman Azərbaycan Ordusunun əsgər və zabitləri torpaqlarımızın yağı düşməndən azad edilməsi uğrunda Vətən müharibəsində yüksək fədakarlıq və rəşadət göstərir, hər gün yeni-yeni qəhrəmanlıq nümunəsi yaradırlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan növbəti videoçarxda Azərbaycan Ordusunun igid əsgəri Elnur Mirzəyevdən söhbət açılır.

Cəsur əsgərimiz Vətənimizin azadlığı uğrunda döyüşlərdə fəal iştirak edərək topçulara verdiyi dəqiq hədəflərlə düşmənin xeyli sayda atəş nöqtəsini, canlı qüvvəsini və dayaq məntəqələrini məhv edib.
Geri dön