Ana Sayfa > Araşdırma > Koronavirus xəstələrində qoxubilmə hissi niyə itir? – AÇIQLAMA

Koronavirus xəstələrində qoxubilmə hissi niyə itir? – AÇIQLAMA


26-07-2020, 03:20. Yazar: admin
Koronavirus xəstələrində qoxubilmə hissi niyə itir? – AÇIQLAMA
ABŞ-dakı Harvard Tibb Məktəbinin alimləri koronavirusa yoluxanlarda qoxubilmə hissinin itməsi probleminin səbəblərini araşdırıblar.

“Ridus” xəbər verir ki, elm adamlarının fikrincə, COVID-19 xəstələrində qoxubilmənin itməsinə səbəb virusun birbaşa neyronları zədələməsi deyil. Zədələnən sadəcə həmin neyronları dəstəkləyən hüceyrələrdir.

Bu səbəbdən, alimlərin gəldikləri qənaətə görə, bir çox hallarda SARS-CoV-2 qoxubilmədə iştirak edən sinir zəncirlərinə toxunmur və dayanıqlı anosmiyaya gətirib çıxarmır.

Qeyd edək ki, qoxubilmənin itməsi koronavirusun birbaşa simptomu hesab olunur və diqnostikada yüksək temperaturdan da etibarlı əlamət kimi qiymətləndirilir.
Geri dön