Ana Sayfa > Xəbər > Davudoğlu təcili göstəriş verdi
Davudoğlu təcili göstəriş verdi24-11-2015, 12:50. Yazar: admin |
Türkiyə sərhədində vurulan döyüş təyyarəsi ilə bağlı Baş nazir Əhməd Davudoğluyla Silahlı Qüvvələrin Baş qərargah rəisi Hulusi Akar və Xarici İşlər naziri Firudin Sinirlioğlu arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, Davudoğlu NATO və əlaqədar ölkələrlə əlaqə qurulması barədə tapşırıq verib. Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyə hava sahəsini pozan bir döyüş təyyarəsi Hatay vilayətinin Yayla Dağı rayonunda vurulub. “Röyter”in məlumatına görə, təyyarə Türkiyə Silahlı Qüvvələrinə məxsus F16 reaktivi ilə vurulub. CNN-nin məlumatına görə isə Türkiyə qırıcısı tərəfindən vurulan təyyarə Rusiya Silahlı Qüvvələrinə məxsusdur. Geri dön |