Ana Sayfa > Xəbər > ABŞ-dan müttəfiqlərinə çağırış
ABŞ-dan müttəfiqlərinə çağırış24-11-2015, 12:34. Yazar: admin |
Birləşmiş Ştatlar müttəfiqlərini İslam Dövləti (İD) yaraqlılarına qarşı mübarizəyə daha çox töhfə verməyə çağırıb. Prezident Barack Obama-nın anti-İD koalisiyasındakı elçisi Brett McGurk 65 ölkənin alyansdakı təmsilçilərə deyib ki, onlar ekstremist qrupa “təzyiqi artırmalıdırlar”. Noyabrın 23-də keçirilmiş görüş barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. “Koalisiya kimi səylərimizi koordinasiya etmək üçün daha çox çalışmalıyıq, İŞİD-in qlobal şəbəkəsində təzyiqi gücləndirməliyik,” McGurk deyib. Vaşinqtonda keçirilən görüşə 65 ölkədən 59-nun təmsilçisi qatılıb. Görüşdə əsasən İD-nin maliyyəsini necə kəsmək, ekstremist qruplara qoşulanların qarşısını almaq məsələləri müzakirə olunub. Geri dön |