Ana Sayfa > Xəbər > 18 dərəcə isti, duman, çiskin - Sabahın havası
18 dərəcə isti, duman, çiskin - Sabahın havası24-11-2015, 12:26. Yazar: admin |
Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-11 dərəcə, gündüz 13-17 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq rayonlarında çiskin olacaq, cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə, gündüz 13-18 dərəcə, dağlıq rayonlarda gecə 2-7 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq. Geri dön |