Ana Sayfa > Xəbər > Azərbaycanda dərman müəssisələri yaradılacaq
Azərbaycanda dərman müəssisələri yaradılacaq24-11-2015, 11:55. Yazar: admin |
“Biz yaxın zamanlarda Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılmasının şahidi olacağıq”. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib. Baş nazirin müavinin sözlərinə görə, Azərbaycan yalnız xaricdə istehsal olunan dərmanlar hesabına özünü təmin edə bilməz: “Təbiidir ki, Azərbaycanın dərman sektoru yalnız xaricdə istehsal olunan dərmanlar hesabına özünü təmin edə bilməz. Bu istiqamətdə işlər aparılır”. Ə.Əhmədov deyib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabineti nəzdində yaradılan Tibbi Sığorta Agentliyinə rəhbər təyin edilib. O, hazırda bu strukturun yaradılması istiqamətində işlərin aparıldığını deyib: “Bilirsiniz ki, bu struktur Azərbaycanda ilk dəfə yaradılır. Ona görə də həm hüquqi, həm də təşkilatı baxımdan görüləcək işlər var”. Geri dön |