Ana Sayfa > Xəbər > Fransızlardan türk azarkeşlərə - "Gəlməyin"

Fransızlardan türk azarkeşlərə - "Gəlməyin"


24-11-2015, 11:08. Yazar: admin
Fransızlardan türk azarkeşlərə - "Gəlməyin"
Türkiyə - Yunanıstan futbol qarşılaşması zamanı baş vermiş hadisələri bəhanə edən bir qrup fransız, türk azarkeşlərə mesaj göndərərək onlardan oyuna gəlməməyi tələb edib.

Avropa.info xəbər verir ki, Türkiyə - Yunanıstan oyunu başlamazdan əvvəl Parisdə baş verən hadisələr zamanı həlak olan şəxslər bir dəqiqəlik sükutla yad edilmişdi. Ancaq bu bir dəqiqəlik sükut zamanı bəzi azarkeşlər fit çalmış və bəzi şüarlar səsləndirmişdi.

Hadisə kütlə arasında geniş müzakirələrə səbəb olmuş və buna görə də bəzi irqçi fransız azarkeşlər, qarşılaşmaya gəlmək istəyən türklərə mesaj yollayaraq onlara “gəlməyin” deyə xəbərdarlıq ediblər.

Geri dön