Ana Sayfa > Xəbər > “Maşınım var ki, qəza da edim?!”

“Maşınım var ki, qəza da edim?!”


23-11-2015, 17:52. Yazar: admin
“Maşınım var ki, qəza da edim?!”
Bunların hamısı iftiradır, mənə şər atırlar.

Bu sözləri müğənni Əli Mirəliyev avtomobil qəzası keçirməsi ilə bağlı yayılan xəbərlər haqda Axar.az-a danışarkən deyib. Müğənni bu xəbərin həqiqət olmadığını bildirib:

“Bunlar yalan, əsassız xəbərlərdir. Mən avtomobil qəzası keçirməmişəm, heç kimi də döyməmişəm. Hamısı yalandır və iftiradan başqa bir şey deyil. Adama deyərlər, mənim maşınım var ki, qəza da edim?!”

Əli Mirəliyev gənc müğənnilərə də irad tutub:

“İndi müğənnilər çıxıb deyirlər, yeni layihələrim var, layihə üzərində işləyirəm. Adama deyərlər, ay bala, sən memarsan, çertyoj çəkirsən ki, dəqiqəbaşı “layihəm” deyib düşürsən ortalığa? Müğənniyə nə layihə? Çıxırsan səhnəyə, mahnını oxuyursan, sonra da düşüb oturursan da.

Özlərini böyük adam sayırlar! Konservatoriya oxumaqla, müəllimlərin yanına ayaq döyməklə müğənni olmaq mümkünsüzdür. Müğənni anasının qarnından müğənni doğulur”.

Qeyd edək ki, müğənni Əli Mirəliyevin onun avtomobilini vuran bir şəxsi döydüyü və maşınını satdıraraq pulunu aldığı barədə xəbər yayılıb.

Geri dön