Ana Sayfa > Xəbər > "Müxalifət özü özünü proseslərdən kənarda qoymuş oldu"

"Müxalifət özü özünü proseslərdən kənarda qoymuş oldu"


23-11-2015, 17:45. Yazar: admin
"Müxalifət özü özünü proseslərdən kənarda qoymuş oldu"
Bundan sonra Azərbaycandakı ictimai-siyasi poseslərdə müxalifətin fəaliyyət göstərməsi bir o qədər də rol oynamayacaq. Çünki xalq tədricən özü təşəbbüsü ələ alacaq və prosesin önündə gedəcək.

Bunu Moderator.az -a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu parlament seçkilərindən sonra müxalifətin düşdüyü apatiya vəziyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, müxalifət artıq cəmiyyətin lokomotivi missiyası rolunu oynaya bilmədiyindən özü özünü proseslərdən kənarda qoymuş oldu.

Müxalifətin bundan sonrakı fəaliyyətinə gəldikdə isə ADP lideri bildirdi ki, hər şey yaranmış situasiyadan asılı olacaq: “Ona görə ki, bu günədək Azərbaycan müxalifətinin yanlış bir fikri var. O da bundan ibarətdir ki, Azərbaycan müxalifəti ictimai-siysi proseslərin həm hərəkətverici, həm də aparıcı qüvvəsi kimi çıxış edir. Bu çox yanlış hərəkətdir. Siyasi müxalifət ancaq ictimai-siyasi proseslərin təşçilatıcısı və aparıcısı ola bilər. Əgər yeni hərəkat baş qaldırarsa və xalq Azərbaycanın bu günkü müxalifətini başında görmək istərsə, o zaman öndə gedə bilərik. Əks təqdirdə bütün cəhdlər iflasa uğrayacaq.”

Cəlaloğlu onu da əlavə edib ki, biz zorla qabağa düşüb öncüllük edə bilmərik. “Gərək bunu xalq istəsin. O zaman önə çıxa bilərik. Yoxsa zorla önə düşüb xalqı evində meydana çıxara bilmərik ki?...”

Müxalifətin yeni birliklər ideyasına aydınlıq gətirən ADP sədri bildirdi ki, bu gün bizim hər hansı müxalifət partiyası ilə birgə əməkdaşlıq qurmaq formatı barədə nə fikrimiz yoxdur: “Əgər hər hansı partiya tərəfindən belə bir təklif olarsa, həmən təklifi dəyərləndirə bilərik. Biz tərəfdən isə belə bir təşəbbüs olmayacaq. Çünki bizdə bunun bir acı təcrübəsi var. Biz tərəfdən belə təkliflər olanda qısqanclıqla qarşılanır. O baxımdan mən təşəbbüsçü olmaq istəmirəm.”

Geri dön