Ana Sayfa > Xəbər > Rus qazını Avropa bazarından çıxaracaq yeni rəqib gəlir
Rus qazını Avropa bazarından çıxaracaq yeni rəqib gəlir23-11-2015, 13:59. Yazar: admin |
Rusiya qazını bazardan sıxışdırıb çıxaracaq yeni rəqib gəlir. Avropa.info xəbər verir ki, İran 2020-ci ildə qaz hasilatını 0,5 trilyon kubmetrə çatdıracaq və dünya qaz bazarının aparıcı oyunçusuna çevriləcək. İran artıq dünyanın qaz hasil edən ən böyük dövlətlərindən biridir. Ölkənin qaz ehtiyatları 34 trilyon kubmetrdir. BP-nin hesablamasına görə, İranın qaz ehtiyatı Rusiyadan 18% çoxdur. Bu ölkə 2020-ci ilədək qaz hasilatını ildə 474,5 milyard kubmetrə çatdırmaq istəyir. Bu hal-hazır ki, hasilatdan düz 3 dəfə çoxdur. “Wall Street Journal” qəzetinin yazdığına görə isə 2030-cu ildə İran Avropa Birliyi bazarına 25-35 milyard kubmetr qaz tədarük edə biləcək. Məlumata görə, bəzi şirkətlər İran qaz sənayesinə sərmayə qoymaq üçün artıq Avropa Komissiyası ilə danışıqlara başlayıblar. “Qazprom”un 2013-cü il rəqəmləri ilə (161,5 mlr kub) müqayisə etsək, bu Avropa bazarında o qədər böyük pay deyil. Lakin rus qazını Avropada bazarında sıxışdırmaq üçün kifayət edir. Avropa Birliyi isə Rusiyanın qaz asılılığından çoxdan qurtulmaq istəyir. Geri dön |