Ana Sayfa > Xəbər > Zakayev: “İŞİD-i Rusiya idarə edir”
Zakayev: “İŞİD-i Rusiya idarə edir”23-11-2015, 11:42. Yazar: admin |
İŞİD Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə edilir. Axar.az xəbər verir ki, bunu Ukrayna televiziyasında yayımlanan “Oksana Sokolova ilə həftənin faktları” proqramına müsahibəsində məşhur çeçen siyasətçi Əhməd Zakayev söyləyib. Onun sözlərinə görə, Kreml Parisdə hansısa teraktın olacağını qabaqcadan bilirdi: “Bununla bağlı sübutlarım var. İŞİD hazırda Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə edilir. Bu terror təşkilatının bir hissəsini Səddam Hüseynin dövründə fəaliyyət göstərən İraq hərbçiləri təşkil edir. Siz bilirsiniz ki, onlar bir zamanlar Putin və Dövlət Təhlükəsizlik Komitəsinin (DTK/KQB) müttəfiqləri idi. Terror təşkilatının digər bir hissəsi isə onların Şimali Qafqazdan göndərdiyi şəxslərdir. Bunun da nəticəsində İŞİD formalaşıb. Məhz bu agentura İŞİD-i idarə edir. Paris hadisələrinin nəticələri və dividentləri dünyada yalnız bir nəfərə sərf edirdi. Bu, Putin və onun rejimi idi. Ona görə də orada baş verənləri təsadüf adlandırmağın özü axmaqlıqdır. Mən əminəm ki, istənilən halda bu hadisə kənardan idarə edilib”. Qeyd edək ki, Əhməd Zakayev 1996-cı ildə tanınmamış Çeçen-İçkeriya Respublikasının xarici işlər naziri olub. İkinci Çeçen müharibəsindən sonra o, Böyük Britaniyaya köçüb. 2001-ci ildə isə o, tanınmamış Çeçen-İçkeriya Respublikasının keçmiş lideri Aslan Mashadovun Qərbdəki nümayəndəsi olub. Geri dön |