Ana Sayfa > Xəbər > İran qorxusu: Kreml Qərblə anlaşsa…

İran qorxusu: Kreml Qərblə anlaşsa…


23-11-2015, 11:09. Yazar: admin
İran qorxusu: Kreml Qərblə anlaşsa…
Son zamanlar İranın hakim və dini dairələri Putinin planlarından ehtiyatlanmağa başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu Feysbuk hesabında yazıb. O, hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin qaz ixrac edən ölkələrin forumuna qatılmaq məqsədilə İrana səfəri çərçivəsində fürsətdən istifadə edib, Suriya ətrafındakı mövzuları da Tehranda müzakirə edəcək:

“Bu məsələdə hər iki ölkə strateji müttəfiqə çevrilib. Hər iki ölkə Əsədi həm İŞİD, həm Qərb, həm də Türkiyə və ərəb ölkələrindən qoruyur. Ancaq son zamanlar İranın hakim və dini dairələri Putinin planlarından ehtiyatlanmağa başlayıblar. Hesab edirlər ki, Əsəd getdikcə daha çox Moskvadan asılı olmağa başlayıb və bir gün Kreml Qərb və İsraillə anlaşsa, Tehran Suriya üzərindən Livan (Hizbullah) və Fələstindəki (HƏMAS) silahlı qruplarla əlaqəni itirə bilər”.

Geri dön