Ana Sayfa > Xəbər > Misirdə seçki davam edir
Misirdə seçki davam edir23-11-2015, 10:31. Yazar: admin |
Noyabrın 23-də Misirdə parlament seçkisinin ikinci və sonuncu günü keçirilir. 2013-cü ildə ordu islamçı prezidenti Muhammad Morsi-ni devirəndən sonra ilk dəfədir ölkədə parlament seçkisi baş tutur. Parlamentdəki 288 yer uğrunda 3 min namizəd mübarizə aparır. 69-u qadındır. Misirin 27 vilayətindən 13-də seçki keçirilir. Qaliblərin müəyyənləşdirilməsi üçün əlavə seçkilər noyabrın 30-dan dekabrın 2-dək olmalıdır. İlkin rəsmi nəticələr dekabrın əvvəlində elan olunacaq. Seçkinin birinci turu oktyabrda – digər 14 dairədə keçirilib. Seçici fəallığı aşağı olub, prezident Abdel-Fattah el-Sisi-nin dəstəklədiyi namizədlər önə çıxıb. Morsi-nin Müsəlman Qardaşlığı partiyası Misirdə qadağan olunub. Onlar 2011-2012-ci il seçkilərini udmuşdular. Geri dön |