Ana Sayfa > Xəbər > Bakı metrosunda gecikmə baş verib
Bakı metrosunda gecikmə baş verib23-11-2015, 10:22. Yazar: admin |
Bakı metrosunda gecikmə baş verib. Bu barədə “APA-Economics”ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. N. Paşayevin sözlərinə görə, Həzi Aslanov-Dərnəgül istiqaməti üzrə hərəkət edən 42 saylı marşrut qatarında 09:16-da Nəriman Nərimanov metro stansiyasında olarkən nasazlıq olub: "Məhz həmin qatarda olan nasazlığa görə, onun ardı ilə gələn qatarlarda gecikmə olub. Sadəcə bir qatarda, Həzi Aslanov - İçərişəhər istiqaməti üzrə hərəkət edən 15 saylı marşrutda Ulduz - Nəriman Nərimanov stansiyaları arasında tuneldə qalıb. Qurum rəsmisi bildirib ki, artıq problem aradan qaldırılıb hərəkət bərpa olunub. Geri dön |