Ana Sayfa > Xəbər > “Rusiya İŞİD-lə mübarizədə gecikib” – Üzeyir Cəfərov
“Rusiya İŞİD-lə mübarizədə gecikib” – Üzeyir Cəfərov18-11-2015, 16:35. Yazar: admin |
“Ümumiyyətlə Rusiyanın terror təşkilatları ilə davranış tərzi son dərəcə anlaşılmazdır. Ona görə ki, bu ölkə bəzi hallarda faktiki olaraq terrorizmə və separatizmə dəstək verir. Bunu bütün dünya görür və Dağlıq Qarabağın timsalında biz bunun əyani şahidi olduq”. Bunu hafta.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Putinin İŞİD-ə qarşı hücum əməliyyatı ilə bağlı verdiyi bəyanatı şərh edərkən deyib. Üzeyir Cəfərov qeyd edib ki, vaxtında bu terror qruplaşması ilə bağlı həyəcan təbili çalınanda Kreml çox sakit davranırdı: “Rusiya İŞİD-lə mübarizədə gecikib. İndi də İŞİD Rusiyanı hədələyir. Putin Rusiyanın düşən nüfuzunu bərpa etmək üçün müəyyən addımlar atmağa məcbur olub. Bu addımlar da guya İŞİD-in məhvinə gətirib çıxaracaq. İŞİD Rusiyanın anti-terror əməliyyatları ilə müəyyən itkilərə məruz qalacaq. Lakin bu qruplaşmanın güclü maliyyə imkanları və arxasında duran güclü ölkələr var. Çox təssüf ki, İŞİD-ə dəstək verən ölkələr arasında şimal qonşumuzun da adı hallanır. Rusiya ərazisində olan bəzi maraqlı qüvvələr İŞİD-i maliyyələşdirirlər. Həmin şəxslər də terrorçuların fəaliyyətinin yaxşılaşmasına, uzanmasına yardım edirlər. Fransada baş vermiş hadisələrdən sonra Rusiya da əl-ayağa düşüb. Ona görə Putin də hədə-qorxu gəlir. Çünki Rusiyada baş verən istənilən narahatlıq Putin-Medvedev cütlüyünün sonu deməkdir. Rusiya prezidenti də beynəlxalq ictimaiyyətə bəyan edir ki, biz terrorizmlə mübarizə aparırıq”. Ekspertin sözlərinə görə, İŞİD-lə mübarizədə bir sıra Qərb ölkələri də öz dəstəyini əsirgəməyəcək. Üzeyir Cəfərov bunu onunla əsaslandırır ki, Fransada baş verən hadisələr adıçəkilən yardımları labüdləşdirir: “Azərbaycan terrorizmdən ən çox əziyyət çəkən ölkələrdəndir. Biz terrorizmə qarşı birgə mübarizədən danışanda bir çox ölkələr buna biganə yanaşırdı. Bu gün vəziyyətin ciddiliyini nəzərə alıb onlar buna qarşı müəyyən addımlar atmaq haqda düşünürlər. Onların görəcəyi tədbirlər də birdəfəlik İŞİD-in sonuna gətirib çıxara bilər. İŞİD-lə mübarizədə Rusiyanın yanında ancaq onların vurduğu zərbələrdən ziyan çəkmiş ölkələri görmək mümkündü. Bunların arasında İngiltərə, Fransa, Amerika da var. Fransada müəyyən razılıqlar da əldə olunub. “G20” görüşləri zamanı da İŞİD-ə qarşı birgə mübarizə məsələləri geniş müzakirə edilib. Düşünürəm ki, Rusiyanın apardığı mübarizədə həmin ölkələr öz dəstəyini verəcək. Bu yardım nədən ibarət olacaq? Hesab edirəm ki, Rusiyanın bəzi hərəkətlərinə göz yumulacaq. Hətta müəyyən məlumatların əldə edilməsində bu ölkələrin xidmələrindən yararlanacaqlar. Fransa olaylarından sonra bu hal təbii qarşılanmalıdır”. Bəs Rusiya İŞİD-lə mübarizədə Ermənistanın hava məkanından istifadə edə bilərmi? Çünki onların arasında bununla bağlı iki il əvvəl hələ müqavilə də imzalanıb. Belə olan təqdirdə İŞİD-i çökdürdükdən sonra Rusiya bölgə ölkələrinə, xüsusən də Cənubi Qafqaz dövlətlərinə, o cümlədən Azərbaycana hər hansı bir əzələ nümayişi göstərə bilərmi? Sualımızı cavablandıran Üzeyir Cəfərov bildirib ki, Rusiya nüvə dövləti olsa da Azərbaycana qarşı 90-cı illərdəki kimi münasibət bəsləmir: “Biz o vaxt təcrübəsiz idik və müttəfiqlərimiz də demək olar ki, çox deyildi. İndi vəziyyət dəyişib. Azərbaycan bu gün suveren ölkədir. Güclü orduya malikdir. Ölkəmizin Türkiyə kimi müttəfiqi var və hər zaman onun yanında olduğunu bəyan edir. Özbaşınalıq dünyası deyil. Ermənistan isə faktiki olaraq Rusiyanın tapdağı altındadır. Bir ölkənin ki, hava məkanı yadellilər tərəfindən qorunur, o dövlət müstəqil ola bilməz. Rusiyanın bütün bunların fonunda Azərbaycana qarşı nəsə edəcəyinə inana bilmirəm. Nəzəri cəhətdən mümkün olsa da praktiki yöndən bu mümkün görünmür”. Geri dön |