Ana Sayfa > Xəbər > Rəqsanənin hamiləlik iddialarına cavab

Rəqsanənin hamiləlik iddialarına cavab


18-11-2015, 13:14. Yazar: admin
Rəqsanənin hamiləlik iddialarına cavab
Məşhur müğənni Rəqsanə İsmayılova hamilə olması ilə bağlı yayılan fikirlərə cavab verilib.

Bu fikirlərə aydınlıq gətirmək üçün müğənnin özü ilə əlaqə saxlamaq istəsək də, mümkün olmadı. Müğənnin köməkçisi Nərgiz adlı xanım ANS PRESS-ə Rəqsanənin hamilə olması ilə bağlı iddialara belə cavab verdi.

"Nə istəyirlərsə yazsınlar, bu barədə danışmaq istəmirik" deyən müğənninin köməkçisi əlavə heç bir açıqlama vermək istəmədi.

Müğənni Rəqsanənin “İnstaqram” hesabında hamilə qadınların şəkillərini paylaşması izləyicilərinində onun 3-cü dəfə ana olacağı haqqında fikirlər yaradıb. O hamilə qadının şəkilini "hər kəsə bu hissi yaşamağı arzulayıram" yazaraq paylaşıb.

Bütün bunlar isə ifaçının 3-cü dəfə ana olmağa hazırlaşması ilə bağlı məlumatların yayılmasına səbəb olub. Müğənninin özü isə hələ ki , bu haqda heç bir məlumat verməyib.

Rəqsanənin hamiləlik iddialarına cavab
Rəqsanənin "İnstaqram" hesabı

Rəqsanənin hamiləlik iddialarına cavab

Müğənni Rəqsanə bir dəfə rəsmi ailəli olub və həmin evlilikdən bir qızı dünyaya gəlib. Sonradan sevdiyi şəxslə qeyri-rəsmi birlikdə yaşayan Rəqsanənin bu yaxınlarda bir qızı dünyaya gəlib.

Atası İsmayıl Cəfər oğlu Cəfərov onu 5 yaşında atıb gedib. Hazırda Rusiyanın Rostov şəhərində məhkəmədə işləyir.

Geri dön