Ana Sayfa > Xəbər > DYP deputatı cərimələyə bilərmi?

DYP deputatı cərimələyə bilərmi?


18-11-2015, 12:03. Yazar: admin
DYP deputatı cərimələyə bilərmi?
DYP istənilən deputatı sürücü kimi də, piyada kimi də qaydaları pozduğuna görə cərimələyə bilər.

Axar.az xəbər verir ki, bu barədə Feysbuk hesabında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov yazıb.

“2 gün əvvəl Milli Məclisin deputatının DYP əməkdaşı tərəfindən cərimə olunduğuna dair məlumat yayıldı. Çoxlu suallar gəlir ki, bəs DYP deputatı cərimələyə bilərmi? Bəli, DYP istənilən deputatı sürücü kimi də, piyada kimi də qaydaları pozduğuna görə cərimələyə bilər. Konstitusiya və qanunlarımız buna imkan verir”, - ekspert bildirib.

Qeyd edək ki, ötən gün Bakıda yol polisi millət vəkili Rəfael Hüseynovun avtomobilini saxlayıb. Polis qanunvericiliyə uyğun qaydada cərimə tətbiq edib. Lakin millət vəkili hadisə zamanı özünün yox, tanışlarının saxlanıldığını, cərimənin isə onlara yazıldığını bildirib.

Geri dön