Ana Sayfa > Xəbər > AB Fransaya İŞİD-lə savaş üçün “hə” dedi

AB Fransaya İŞİD-lə savaş üçün “hə” dedi


17-11-2015, 17:22. Yazar: admin
AB Fransaya İŞİD-lə savaş üçün “hə” dedi
Avropa Birliyi ölkələri Fransaya İŞİD-lə mübarizədə hərbi dəstək verməyə razılaşıblar.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə komissarı Federika Moqerini söyləyib. Onun sözlərinə görə, bu məsələnin detalları Parisdə Fransa-Avropa Birliyi görüşündə müzakirə ediləcək.

Qeyd edək ki, bir müddət öncə Fransa Avropa Birliyinə İŞİD-lə mübarizədə dəstək göstərməsi üçün müraciət etmişdi. Müraciətdə Paris birliyin nizamnaməsinin 42.7-ci maddəsini yerinə yetirməsini istəmişdi.

42.7-ci maddəyə görə, AB-yə üzv olan ölkələrdən biri silahlı hücumla üzləşərsə, digər üzv ölkələr ona dəstək verməlidir.

Geri dön