Ana Sayfa > Xəbər > Vidadi İsayev məmurlarla vətəndaşları üz-üzə qoyur
Vidadi İsayev məmurlarla vətəndaşları üz-üzə qoyur6-04-2015, 17:38. Yazar: admin |
“Bərdədə icra nümayəndəsindən tutmuş, orta məktəb direktorlarına, bağça müdirlərinə qədər bütün məmurlara “haqq qoyulub”. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin tapşırığı ilə həyata keçirilən “pulyığma kampaniyası”ndan kənarda qalanlar dərhal vəzifədən azad olunur”. Bununla bağlı informasiya Editor.az-a Bərdədəki mənbələrdən daxil olub. Mənbənin sözlərinə görə, icra başçısının birinci müavini Vahid Qarayev şəxsən bu işə özü nəzarət edir: “Rayonda hansı məmurun nə qədər pul qazandığını, hansı yollarla gəlir əldə etdiyini icra başçısı yaxşı bilir. Hətta yanında bu məsələni araşdıran qrup da saxlayır. Elə sistem qurulub ki, məmurların əldə etdiyi gəlirin 70 faizi başçıya çatsın. Kiçik ranqlı məmurlara, misal üçün məktəb və bağça müdirlərinə aylıq bir neçə yaz manat “tas qoyulub”. Məhz elə bu səbəbdən də Bərdə sakinlərinin müvafiq qurumlara etdiyi bütün müraciətlər cavabsız qalır. Vətəndaş hər hansı məsələni həll etmək üçün mütləq pul verməli olur. Etiraz edənlərə isə açıq şəkildə deyilir ki, onlar aylıq haqq verirlər. Buna görə də, rüşvət almağa məcburdular. Vidadi İsayev rayonda elə rəy yaradıb ki, guya arxasında çox ciddi qüvvələr dayanır. O, bundan qabaq Tərtər rayon İcra Hakimiyyətinin başçısı olub. İstər Tərtərə rəhbərlik etdiyi dövrdə, istərsə də Yevlaxda icra başçısının müavini işlədiyi dövrdə rüşvətxor məmur kimi ad çıxarıb. Bilmirik dərdimizi kimə deyək, hara şikayət edək? Vidadi İsayev bizi bərdəlilərlə üz-üzə qoyur”. Editor.az məsələyə Bərdə rayon İcra Hakimiyyətinin münasibətini öyrənmək istəsə də, İcra Hakimiyyətinin web-saytında yerləşdirilən telefonlara cavab verən olmayıb. Geri dön |