Ana Sayfa > Xəbər > Paris dəhşətinin 1 NÖMRƏLİ şübhəlisi bəlli oldu - BELÇİKA VƏTƏNDAŞI
Paris dəhşətinin 1 NÖMRƏLİ şübhəlisi bəlli oldu - BELÇİKA VƏTƏNDAŞI16-11-2015, 15:23. Yazar: admin |
![]() Parisdə Fransa tarixinin ən qanlı terrorunu törədənlərin şəxsiyyəti müəyyənləşib. Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, şəhəri qana bulayanların kimliyi ortaya çıxdıqca, bu terrorun əsas təşkilatçısının şəxsiyyəti də aydınlaşıb. Fransız polisi o şəxsin adını açıqlayıb: Abdelhamid Abbaoud Fransalı rəsmilər bildirib ki, teraktların “beyni” belçika vətəndaşı olan Abdelhamid Abbaouddur və Parisdəki qanlı əyləmlərin əmrini o verib. Polis terrorun bir nömrəli şübhəlisinin hələ yaxalanmadığını və böyük ehtimalla Suriyaya qaçdığını bəyan edib. Fransa prokurorluğu isə terakt iştirakçılarından birinin daha əvvəl terrorçuluqla ittiham edildiyini açıqlayıb. Bu saata qədər Paris terroruna görə ölü və ya diri ələ keçirilən terrorçular bunlardır: Salah Abdeslam, 26 yaş - axtarışdadır Mohammed Abdeslam - Belçikada həbs edilib Brahim Abdeslam, 31 yaş - Volter Bulvarında özünü partladıb İsmail Ömər Mostefai, 29 yaş - Bataklan konsert salonunda öldürülüb Bilal Hadfi, 20 yaş - “Stade de France” stadionunda ölürülüb Sami Amimour, 28 yaş - Bataklan öldürülüb Əhməd əl Muhammed – “Stade de France”da özünü partladıb Abdelhamid Abbaoud - hazırda Suriyada olduğu ehtimal edilir Daha 4 nəfər terrorçu isə polislə toqquşma zamanı öldürülüb. Geri dön |