Ana Sayfa > Xəbər > Ələsgər Məmmədoğlunun vəziyyəti ağır deyil

Ələsgər Məmmədoğlunun vəziyyəti ağır deyil


16-11-2015, 11:39. Yazar: admin
Ələsgər Məmmədoğlunun vəziyyəti ağır deyil
Akademik Milli Dram Teatrının mətbuat xidməti əməkdar artist Ələsgər Məmmədoğlunun səhhətinin ağırlığı ilə bağlı mediada yazılan xəbərlərə münasibət bildirib.

Mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, teatrın aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyətinin ağırlaşması ilə bağlı mediada yayılan məlumatlar həqiqəti əks etdirmir.

Mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının sözlərinə görə, aktyor bir neçə gün xəstəxanada qalsa da, hazırda özünü yaxşı hiss edir:

“Qeyd etmək istəyirik ki, Ələsgər Məmmədoğlu noyabrın 12-də yüksək təzyiq diaqnozu ilə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib, həkimlərin tövsiyəsi ilə bir neçə gün müalicə alıb. Xəstəxanada müalicə aldığı müddətdə aktyorun səhhəti Mədəniyyət və Turizm Nazirliyi və Akademik Milli Dram Teatrının rəhbərliyinin diqqətində olub, teatrın rəhbərliyi əməkdar artistə baş çəkib, onun vəziyyəti ilə maraqlanıb.

Bu gün aktyorun özü ilə əlaqə yaradılıb, Ələsgər Məmmədoğlu bildirib ki, sağlamlığında narahatlığa səbəb olacaq hal yoxdur, özünü yaxşı hiss edir və bu gün xəstəxanadan evə buraxılması nəzərdə tutulub”.

Geri dön