Ana Sayfa > Xəbər > “Mən heç xoşbəxt olmamışam...”

“Mən heç xoşbəxt olmamışam...”


16-11-2015, 11:26. Yazar: admin
“Mən heç xoşbəxt olmamışam...”
Xalq artisti Flora Kərimova keçmiş həyat yoldaşlarından danışıb.

“Qafqazinfo”nun məlumatına görə, “10lar” verilişinə açıqlamasında xalq artisti bildirib ki, ərləri vaxtsız vəfat etdiyi üçün onu “faciəyə aparan qadın” da adlandıranlar olub:

“Mən heç vaxt xoşbəxt olmamışam, hər zaman üşümüşəm. Həyat yoldaşı olaraq xoşbəxt olsam da, qadın olaraq xoşbəxt olmamışam. Digər bədbəxtçilik məni haqlamayana kimi bir stressin əziyyətini aylarla, illərlə çəkmişəm. Mənim bir neçə ailəm olub, yaradan verib, sonra alıb. Bir neçə dəfə tabut dalınca getmişəm. Yaxşı qadından kişi getməz, kişini evdə qadının ağılı saxlayar. Qadın ailəsinə dözməz, müdrikliyi ilə ailəsini saxlayar. Mən 17 illik ailəmi müdrikliyim ilə saxlamışam. Qadına ailədə səbr lazımdır. Haqqımda yayılan şayiələri həyat yoldaşlarım üzümə vurmayıb, eşitdiklərini həqiqət kimi qəbul etməyiblər”.


Geri dön