Ana Sayfa > Xəbər > Fransa İŞİD-ı ürəyindən vurdu
Fransa İŞİD-ı ürəyindən vurdu16-11-2015, 11:13. Yazar: admin |
Fransa Parisi qana boyayan İŞİD terrorçularından qisasını aldı. 132 nəfərin terror qurbanı olmasından sonra Fransa hərəkətə keçib. ANS PRESS-in məlumatına görə, Fransa hava qüvvələri terrorçuların Suriyadakı ürəyi hesab edilən qalasına bomba yağdırıb. İŞİD-ın qalası olaraq bilinən Rakka şəhəri bu gecə koalisiya qüvvələri tərəfidnən bombardıman edilib. Yayılan açıqlamada qeyd edilir ki, bombardımanda 12 qırıcı iştirak edib. Onlar 20 hədəfə bomba yağdırılıb. Fransa müdafiə nazirliyi Birləşmiş Ərəb Əmirliyi və İordaniyadan havaya qalxan qırıcıların vurduğu hədəflər arasında İŞİD-ın təlim mərkəzi, silah anbarı, idarə mərkəzi olub. Fransanın paytaxtı Parisdə cümə günü axşam saatalarında 7 terror aktı həyata keçirilib. KOnsert saloni, futbol stadionun yaxınlığı da olmaqla həyata keçirilən partlayışlar zamanı 132 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Bu hadisədən sonra açıqlama verən ölkə prezidenti Fransua Olland terrorla mübarizəni acımasız şəkildə davam etdirəcəklərini açıqlamışdı. Bu arada Parisdəki terror hadisələrini törətməkdə şübhəli bilinən şəxslərin adları açıqlanıb: Salah Abdeslam 26 yaş - axtarılır Mohammed Abdeslam - Belçikada yaxalanıb Brahim Abdeslam 31 - Voltaire Bulvarında özünü partladıb İsmail Omar Mostefai 29 - Bataclan konsert salonunda ölüb Bilal Hadfi 20 - "Stade de France" stadionu yaxınlığında öldürülüb Ölən digər 4 terrorçunun isə adı açıqlanmayıb. Terror hadisəsindən sonra Fransada matəm elan edilib. Geri dön |