Ana Sayfa > Xəbər > İŞİD İstanbulu Parislə eyni vaxtda partladacaqmış...

İŞİD İstanbulu Parislə eyni vaxtda partladacaqmış...


16-11-2015, 10:28. Yazar: admin
İŞİD İstanbulu Parislə eyni vaxtda partladacaqmış...
Fransanın AFP xəbər agentliyi İŞİD-lə bağlı ilginc məlumat yayıb.

Saytın verdiyi xəbərə görə, İŞİD noyabrın 13-də Parisdə 132 nəfərin öldüyü terror hadisəsi ilə paralel İstanbulda da terror aktı törətməyi planlaşdırıbmış.

Nəşr qeyd edir ki, Türkiyədə hazırlanan terrorun qarşısı zamanında alındığından İŞİD-in bu istəyi baş tutmayıb.

AFP bu məlumatı Türkiyə rəsmilərindən əldə etdiyini bəyan edib.

Adı açıqlanmayan türk rəsmisi AFP-yə “İŞİD-çilər Parislə eyni gündə İstanbulda da terror törətməyi planlaşdırdıqlarını etiraf ediblər. Keçirilən əməliyyat zamanı onların bu planının qarşısı alındı”-deyə bildirib.

Geri dön