Ana Sayfa > Xəbər > "İmperator" Bakıya gəlir

"İmperator" Bakıya gəlir


16-11-2015, 10:25. Yazar: admin
"İmperator" Bakıya gəlir
Türkiyə yığmasının baş məşqçisi Fatih Terim Azərbaycana gəlməyə hazırlaşır.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Onun rəhbərlik etdiyi komanda Dohadan dönüşdən sonra noyabrın 17-də Yunanıstanla qarşılaşmaya hazırlaşmağa başlayıb. Komanda mətbuata qapalı ilk məşqini də keçirib.

F.Terim Yunanıstan səfərindən öncə Azərbaycana gələcək. Onun bir açılış mərasiminə qatılacağı gözlənilir.

Noyabr ayının 13-də Türkiyə millisi Qətərlə yoldaşlıq oyunu keçirib. Oyun Türkiyənin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qətərin heyətində Əli Əssədalla fərqlənib ( 26-cı dəqiqə), Türkiyənin heyyətində isə, Arda Turan (69-cü dəqiqə) və Cenk Tosun ( 72-ci dəqiqə) qol vurublar.

Geri dön