Ana Sayfa > Xəbər > Ərdoğan-Putin görüşü: “Əsəd mütləq getməlidir”
Ərdoğan-Putin görüşü: “Əsəd mütləq getməlidir”16-11-2015, 10:07. Yazar: admin |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında G20 sammiti çərçivəsində görüş baş tutub. Axar.az xəbər verir ki, görüş zamanı Fransada törədilən terror hücumu, İŞİD, Suriya və miqrant problemi müzakirə olunub. Ərdoğan Bəşər Əsədin getməyəcəyi halda problemlərin və qarşıdurmaların daha da artacağını bildirib. O, eyni zamanda Rusiyanın Əsədə dəstək verməsindən narahat olduğunu deyib. Liderlər həmçinin iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bu il dekabrın 15-də Rusiyada keçirilməsi barədə razılaşıb. Geri dön |