Ana Sayfa > Xəbər > Azərbaycandan Suriyaya baş kəsməyə, yoxsa yardım paylamağa?!

Azərbaycandan Suriyaya baş kəsməyə, yoxsa yardım paylamağa?!

6-04-2015, 16:30. Yazar: admin
Azərbaycandan Suriyaya baş kəsməyə, yoxsa yardım paylamağa?!
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvlərinin - Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Namiq Məmmədov, Tariyel Mustafayev və Ruslan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesini izləyən müxbirinin verdiyi məlumata görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış etdi.

İttihama görə, təqsirləndirilən şəxslər “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublakası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 228.1, 12.1, 279.1-ci, 123, 214.2 və 28-ci maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər isə onlara irəli sürülən bu ittihamlarla razılaşmırlar.

Bir həftəlik mücahid: “Suriyaya insanlara yardıma getmişdim”

Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən Bakı şəhər sakini, dini adı “Abu İsmayıl” olan Ruslan Mustafayev heç bir qruplaşmanın tərkibində olmadığını, Suriyaya insanlara yardım etmək məqsədilə getdiyini dedi: “2013-cü ilin sentyabr ayında avtobusla Gürcütana, oradan Türkiyəyə, Türkiyədən isə Suriyaya getmişəm. Oktyabrın 2-də isə qayıtmışam. Cəmisi bircə həftə orada olmuşam. Mən ora gedən zaman vəziyyət bu qədər qarışıq deyildi. Heç bir qruplaşmada iştirak etməmişəm, heç kimlə əlaqəm olmayıb.

Suriyaya getməkdə məqsədim yalnız insanlara yardım etmək olub. Bunun cinayət olduğunu bilməmişəm, terrorçuluq etməmişəm, ittihamlarla razı deyiləm. Ötən ilin fevral ayının 17-də Türkiyə gedərkən Bakı hava limanında saxlanıldım. Halbuki Türkiyəyə işləməyə gedirdim”.

Təqsirləndirilən şəxs qismində dindirilən, dini ləqəbi “Abu Hüseyn” olan Namiq Məmmədov ona elan olunmuş ittihamları qəbul etmədiyini dedi.

N.Məmmədov ifadəsində MTN tərəfindən saxlanıldıqlarını, verilən izahatlara və yazılanlara oxumadan imza atdığını göstərdi: “Bakıda mebel satıcısı işləmişəm. 2013-cü ilin sentyabr ayında Türkiyəyə, oradan da Suriyaya getdim, iki ay qaldım. Ora müharibədən əziyyət çəkən şəxslərə yardım etmək məqsədilə getmişdim. Bəzən bir təbəssüm də köməkdir. Orda görəndə ki sivil insanlara qarşı silah qaldırılır, çıxıb gəlmişəm.

Hərbi təlimlərdə iştirak etməmişəm. Bizi mütəşəkkil dəstə kimi təqdim edirlər. Amma inanın ki, mən burada əyləşənlərin heç birini tanımıram. Tural Həsənovla isə yolda rastlaşmışıq. Arada ailə üzvlərimlə əlaqə saxlasam da onlarda yanlış təsəvvür yaranmasın deyə Suriyada olduğumu demədim. Mən olduğum müddətdə orada döyüşlər getmirdi. Ruslan Mustafayev Türkiyəyə gedəndə ona təxminən 5 min manata yaxın maddi köməklik etmişəm. Bizi elə təqdim ediblər ki, guya İŞİD-in tərkibində olmuşuq. Hamısı yalandır. Bir dənə də sübut yoxdur ortada. Məni döyüb öldürürdülər ki, sən Tariyel Mustafayevi tanıyırsan. Mən axı Tariyeli tanımamışam. Bunların çoxunu burada gördüm. Tariyeli də məhkəmədə tanıdım”.

“Bəşər Əsəd zalımdır”

Təqsirləndirilən şəxs qismində dindirilən dini adı “Abdulhakim” olan Elvin Əliyev ifadəsində Suriyanın Hatay vilayətinə, “Azəri camaatı”nın olduğu yerə getdiyini deyib.

E.Əliyev heç bir təlimdə iştirak etmədiyini, döyüşə qatılmadığını göstərib: “Mən istəsəm də döyüşə bilməzdim. Buna səhhətim imkan vermir, epilepsiya xəstəsiyəm. MTN-də də pis vəziyyətə düşdüm. Həkim mənə kəskin böyrək çatışmazlığı diaqnozu qoydu. Amma sonra bunu dəyişdilər. Məni döyürdülər ki, təlimlərdə iştirak etdiyini etiraf et, qol çək. 9 ay bir maddə ilə oturdum orada. Sonra əlavə 3 maddə də verdilər. Xahiş edirəm, ədalətli olun.

Bizim məqsədimiz Allah rizası üçün müsəlmanlara yardım etmək olub, sırf Allah rizası üçün. Bəşər Əsəd xalqını qırır, o, zalımdır. Onun zülmündən əziyyət çəkən, qırılan isə xalqdır. Biz onlara kömək etmək istəyirdik. Orada əsas işim xəstələri həkimə aparmaq və bazara getmək olub. Bir dəfə bazara gedəndə məni girov götürdülər. 20 gün əsirlikdə qaldım. Məni əsir götürənlərə özümü “Muhacirun” qrupunun üzvü kimi təqdim etdim. Bundan sonra məni azad etdilər.

Orada tanıdığım azərbaycanlıların heç biri burada yoxdur. Bizə Musab Azəri rəhbərlik edirdi. Mən tez qayıdacaqdım, sənədlərimi almışdılar deyə, həm də əsir düşdüyümə görə bir az gecikdim”.

“Bunların heç birini tanımıram, tanımaq da istəmirəm”

Təqsirləndirilən şəxs qismində dindirilən Tariyel Mustafayev ifadəsində il yarımdır bədəninə 500 yaşı olan Aişə adlı cinin girdiyini, bu cini çıxarmaq üçün Suriyaya getdiyini, orada müalicə olunduğunu göstərdi.

T.Mustafayev təqsirləndirilən şəxslərin heç birini tanımadığını, onlarla heç bir əlaqəsinin olmadığını dedi: “Mən ifadəmə baxmaq istəyirəm, görüm orada nə yazıblar, nəyə qol çəkmişəm. Mən 1999-cu ildə Maştağa ruhi dispanserində qeydiyyatdayam. 3 dəfə 21 günlüyə orada yatıb müalicə almışam. Bakıda olanda eşitdim ki, Suriyada dini həkimlər pulsuz olaraq Quranla müalicə edir.

İstanbula həyat yoldaşımla getdim. Onu İstanbulda qoyub Suriyanın Artma şəhərinə getdim. Bir aya yaxın orada oldum. Müalicəmi Quranla alıb Bakıya qayıtdım. Bəlkə də mənim danışdıqlarımı kimsə nağıl kimi qəbul edər. Bunları tanımıram, tanımaq da istəmirəm. Artma şəhərində heç bir silahlı döyüşdən söz gedə bilməz. Ora Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa öz nəzarətindədir. Türkiyənin o şəhərlə sərhədi açıqdır.

Müalicə alıb Bakıya qayıdandan sonra bir müddətdən sonra MTN-ə çağırıldım. Suriyaya getdiyimi və İŞİD-də döyüşdüyümü dedilər. Mən isə onlara etiraz edərək müalicə almağa getdiyimi bildirmişəm. Adımızı vəhhabi qoydular - dinmədik. Amma indi adımızı terrorçu qoyublar. 33 ildir ki, mən bir toyuq başı belə kəsməmişəm. Namaz qılıb ibadət etmək nə vaxtdan terrorçuluq sayılır?

Cənab hakimlər, mən bu yaşıma qədər başımı qaldırıb bir qıza baxmamışam ki, günahdır. Terrorçu olsaydım, elə Bakıda bomba qoyub haranısa partladardım. Mən vətənimi sevirəm. Əgər onlar məni sevmirsə, nə deyim?!

Məni MTN-də aldatdılar ki, səni buraxacağıq, sən günahsızsan. Bir gün qəzetdə baxdım ki, 26 nəfər terrorçu saxlanılıb. Dedim çağırın o 26 nəfəri görüm, hansı məni tanıyır. Güzgüyə baxdım ki, mənəm terrorçu? “Vəhhabi” deyib aşağıladınız bizi. Bu da azmış kimi indi də terrorçu deyirsiniz, ermənidən pis alçaldırsınız. Məni niyə tutduqlarını hələ də bilmirəm. İşi aparan müstəntiqi tələb edirəm, gəlsin burada cavab versin. Mən 11 aydır ki, balamı qucağıma ala bilmirəm”.

“İŞİD üzvü olmamışam”

Təqsirləndirilən şəxs qismində dindirilən şəxs - dini adı “Faruk” olan Fərid Muradov öz malını Allah yolunda xərcləmək niyyəti ilə Suriyaya getdiyini dedi: “Heç kimi özümə şahid tutmuram, heç kimə də şahid deyiləm. MTN-ə çağırdılar, getdim, qoluma qandal vurdular. Ortada heç bir dəlil-sübüt da yoxdur. Könüllü gedib könüllü də qayıtmışam. Məqsədim müsəlmanlara yardım etmək olub. Gücüm 800 manata çatıb. Ehtiyacı olanlara yardım etmişəm. İŞİD üzvü olmamışam, heç kimə biət etməmişəm, silahım olmayıb”.

Təqsirləndirilən şəxs qismində dindirilən, dini adı “Abu Rauf” olan Tural Həsənov da Suriyaya yardım etmək üçün getdiyini dedi: “Həkim olmasam da yaralılara köməklik etmək niyyəti ilə ora getmişəm. Heç bir təlimdə iştirak etməmişəm. Kimə nə yardım etdiyimi açıqlamaq istəmirəm. BMT-nin açıqlamasına görə, Suriya ərazisində 12 milyon əhalinin yardıma ehtiyacı var. Ən çox yardıma ehtiyacı olan müsəlmanlardır”.

Məhkəmə prosesi aprelin 13-də saat 10:30-da davam edəcək.Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvlərinin - Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Namiq Məmmədov, Tariyel Mustafayev və Ruslan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesi aprelin 13-də saat 10:30-da davam edəcək.

Geri dön