Ana Sayfa > Xəbər > Minsk qrupu AŞ PA-nın narahatlığını bölüşür
Minsk qrupu AŞ PA-nın narahatlığını bölüşür12-11-2015, 16:46. Yazar: admin |
ATƏT-in Minsk qrupu AŞ PA-nın qətnaməsində Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca gərginliyin artması ilə bağlı ifadə edilmiş narahatlığı bölüşür. Trend-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə həmsədrlərin bəyanatında deyilir. Bəyanatda bildirilir: "Biz insanların, o cümlədən mülki şəxslərin ölməsindən dərin təəssüf hissi keçiririk. Razılaşırıq ki, münaqişənin xeyli müddətdir uzanır. Tərəflər sülh yolu ilə tənzimləməni sürətləndirmək üçün bütün zəruri tədbirləri görməlidirlər". Geri dön |