Ana Sayfa > Xəbər > Erməni vertolyotunun vurulmasından 1 il keçdi - Vur, komandir, vur...
Erməni vertolyotunun vurulmasından 1 il keçdi - Vur, komandir, vur...12-11-2015, 16:39. Yazar: admin |
Düz 1 il əvvəl – 2014-cü il noybarın 12-də Azərbaycan-Ermənistan təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrin məxsus Mİ-24 döyüş vertolyotu Azərbaycanlı hərbçilər tərəfindən məhv edilmişdi. Modern.az saytı xəbər verir ki, məhv edilən vertolyot təmas xəttinin neytral ərazisinə düşmüşdü. İnsident zamanı vertolyotun ekipaj üzvləri – mayor Sergey Saakyan, baş leytenant Sarkis Nazaryan və leytenant Azat Saakyan ölmüşdü. Xatırladaq ki, düşmənin Mi-24 tipli döyüş helikopteri "İQLA" daşınan zenit raket kompleksi ilə məhv edilib. Helikopteri vuran isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Muradov İlkin Məmməd oğlu idi. O, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Modern.az saytı düşmən vertolyotunun vurulma anını əks etdirən videonu təqdim edir. Geri dön |