Ana Sayfa > Xəbər > Əbülfəs Qarayev Müşfiq Hətəmovu işdən çıxartdı
Əbülfəs Qarayev Müşfiq Hətəmovu işdən çıxartdı12-11-2015, 16:31. Yazar: admin |
“Mozalan” studiyasına yeni direktor təyin olunub. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədovun verdiyi məlumata görə, nazir Əbülfəs Qarayevin əmri ilə Əlisəttar Quliyev studiyaya yeni rəhbər gətirilib: “Bir müddət əvvəl “Mozalan” studiyasına rəhbərlik Müşfiq Hətəmova həvalə olunmuşdu. Qısa müddətdə “Mozalan” studiyasında bir sıra islahatlar aparıldı, iki yeni film çəkildi, bu sahədə maddi-texniki baza gücləndirildikdən sonra rəhbərliyin əmri ilə studiyanın rəhbəri Əlisəttar Quliyev təyin olundu”. APA-ya açıqlama verən V.Şıxməmmədov qeyd edib ki, nazirin digər əmri ilə “Azərbaycanfilm” kinostudiyasının direktoru M.Hətəmova “Azanfilm” studiyasının direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq həvalə olunub: “Azərbaycanda yeni cizgi filmlərinin çəkilməsi, bu sahənin daha da inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin qarşıya qoyduğu yeni tələblər var və həmin tələblərin icrası Müşfiq Hətəmova həvalə olunub”. Şöbə müdiri əlavə edib ki, bir müddət əvvəl “Azanfilm”in direktoru Fariz Əhmədov öz ərizəsi ilə vəzifəsindən azad olunub. Geri dön |