Ana Sayfa > Xəbər > Azərbaycanda bacısını qətlə yetirən tələbə qızın məhkəməsi başa çatıb

Azərbaycanda bacısını qətlə yetirən tələbə qızın məhkəməsi başa çatıb


12-11-2015, 13:06. Yazar: admin
Azərbaycanda bacısını qətlə yetirən tələbə qızın məhkəməsi başa çatıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, Eldar İsmayılovun sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə P. Nuriyevanın barəsində məcburi xarakterli tibbi tədbirlərin görülməsi haqqında qərar qəbul edib. Məhkəmənin qərarına əsasən, o, 1 saylı Psixiatriya Xəstəxanasına göndəriləcək.

Qeyd edək ki, ötən ilin oktyabrında paytaxtın Xətai rayonu ərazisində yaşamış 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyiti aşkarlanıb.

Hadisəni G. Nuriyevanın bacısı Pərvanə Nuriyevanın törətdiyi müəyyənləşib.

1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi olub.

Geri dön