Ana Sayfa > Xəbər > Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib
Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib12-11-2015, 12:24. Yazar: admin |
Bu ilin 9 ayında Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib. “APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub. Sənəddə vurğulanıb ki, 9 ayın sonuna strateji valyuta ehtiyatları 27 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 6 dəfə üstələyib. Eyni zamanda, strateji ehtiyatlar manatla geniş pul kütləsini 4,5 dəfə üstələyib. Geri dön |