Ana Sayfa > Xəbər > Peşmərgə İŞİD üzərinə hücuma keçdi

Peşmərgə İŞİD üzərinə hücuma keçdi


12-11-2015, 12:04. Yazar: admin
Peşmərgə İŞİD üzərinə hücuma keçdi
İraq Kürdüstanının Regional Təhlükəsizlik Şurasından bildiriblər ki, Sincar şəhəri istiqamətində kürd peşmərgəsi İŞİD üzərinə günişmiqyaslı hücuma başlayıb.

Avropa.info xəbər verir ki, Sincarın azad edilməsi uğrunda 7500 peşmərgə əsgərinin iştirak edəcəyi bildirilir. Şəhəri üç tərəfdən mühasirəyə almaq, İŞİD-i təchiz edən strateji marşrutlar üzərində nəzarəti təmin etmək planlaşdırılır. Eyni zamanda dinc əhalini artilleriya atəşindən qorumaq üçün bufer zona yaradılacaq.

Kürdlərin hücumuna koalisiya güclərinin aviasiyası dəstək verəcək.

Geri dön