Ana Sayfa > Xəbər > Ukraynanı dağıdan QRU polkovniki Azərbaycanda “işləmiş” həmkarı ilə görüşə gedir

Ukraynanı dağıdan QRU polkovniki Azərbaycanda “işləmiş” həmkarı ilə görüşə gedir


6-04-2015, 15:48. Yazar: admin
Ukraynanı dağıdan QRU polkovniki Azərbaycanda “işləmiş” həmkarı ilə görüşə gedir
Ukraynada əvvəlcə Krımda, sonra Donbasda diversiya əməliyyatlarına rəhbərlik edən QRU polkovniki İqor Strelkov aprelin 8-də Voronejə gedəcək.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda regional KİV-lər məlumat yayıb.

“Donetsk Xalq Respublikası”nın keçmiş “müdafiə nazirinin” Voronejdə telekanalların birində çıxış edəcəyi, habelə QRU-nun Azərbaycan, Əfqanıstan, Dağlıq Qarabağ, Kosovo və Çeçenistan kimi münaqişə zonalarında “qarşıya qoyulmuş vəzifələri yerinə yetirmiş” zabiti, istefada olan podpolkovnik Aleksey Yefentyevlə görüşü planlaşdırılıb.

Strelkov həmçinin mətbuat konfransı keçirəcək.

Geri dön