Ana Sayfa > Xəbər > “Acığa ərə gedən var…” – Fədayə Laçın

“Acığa ərə gedən var…” – Fədayə Laçın


6-04-2015, 15:35. Yazar: admin
“Acığa ərə gedən var…” – Fədayə Laçın
Müğənni Fədayə Laçın “Düzünü desək” verilişinin qonağı olub.

“Qafqazinfo”nun məlumatına görə, teleaparıcının “Keçmiş həyat yoldaşınız sizi atıb gedib. Onun acığına ikinci dəfə ailə qurmağı düşünmədinizmi?” sualına müğənni keçmiş ərindən istəməyərək ayrıldığını bildirib: “İndiki zamanda kiminsə açığına nəsə edənlər insanı təəccübləndirmir. Acığa maşın da alan, ərə də gedən var. Bu isə heç kimə xeyir gətirmir. 1992-ci ildə 17 yaşım olanda ailə qurdum. Oğlumuz oldu, övladımın 1 yaşında ayrılmaq məcburiyyətində qaldıq. Bu haqda çox danışmışam. Biz istəməyərək ayrılmışıq. Cavan və gözəl idim. Evlilik təklifləri gəlirdi, amma oğluma ögey ata gətirmək istəmədim. Mən də ögey ata görmüşəm, bəlkə də bu gözümü qorxutdu. Oğlum doğulanda özümü dərk etməyə başladım və ona bağlandım. Ögey ata tərbiyə vermək məqsədi ilə də oğluma söz desəydi, dava salardım. Oğlum haqda indiyə kimi pis söz eşitməmişəm. Ona söz deyən qarşısında məni görər”.

Geri dön