Ana Sayfa > Xəbər > Ayaz Mütəllibov: “7 rayonun qaytarılması Dağlıq Qarabağ münaqişəsinin həlli deməkdir”
Ayaz Mütəllibov: “7 rayonun qaytarılması Dağlıq Qarabağ münaqişəsinin həlli deməkdir”6-04-2015, 15:24. Yazar: admin |
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların növbəti raundundan sonra müəyyən mühakimə yürütmək olar. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olsa və müzakirələrin detalları ictimaiyyətə açıqlansa, Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar daha dəqiq şərh verə bilərəm”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib. O, Rusiyanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması üçün addımlar atdığı barədə iddialara da münasibət bildirib. Ayaz Mütəllibovun sözlərinə görə, müəyyən şərtlər altında Rusiyanın işğal altında olan 7 rayonu Azərbaycana verməsi mümkündür. “Azərbaycanın 7 rayon, ümumiyyətlə Dağlıq Qarabağın geri qaytarılması ilə bağlı mövqeyi tamamilə haqlıdır. Amma ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Rusiyanın da məsələyə necə yanaşması önəmlidir. Ermənistanın isə işğalçı mövqeyi bəllidir”,-deyə o bildirib. Eks-prezident qeyd edib ki, Ermənistan tərəfi tələb olunan şərtləri qəbul etsə, bu, Dağlıq Qarabağ münaqişəsinin həllində böyük addım olar: “Azərbaycan dəfələrlə öz haqlı tələblərini və təkliflərini irəli sürüb. Ancaq Ermənistanın yürütdüyü siyasət nəticəsində bu tələblər öz həllini tapmayıb. Bu tələblər sırasında 7 rayonun qaytarılması məsələsi də var. Hətta 7 rayonun qaytarılması demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həllidir”. Geri dön |