Ana Sayfa > Xəbər > Paytaxtda saxta əskinas "ustası" saxlanıb
Paytaxtda saxta əskinas "ustası" saxlanıb11-11-2015, 13:31. Yazar: admin |
Bakı sakinindən saxta əskinaslar aşkarlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 39 ədəd saxta 20 manatlıq saxta əskinas Bakı şəhər sakini Vüsal Cəlilovdan götürülüb. V.Cəlilov Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Aparılan araşdırmalar nəticəsində onun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd “HP” markalı rəngli printer aşkar edilərək götürülüb. Geri dön |